İranın hərbi qərargahları, raket anbarları və radar sistemləri vurulub 

media-ads_728_90

İsrail Hərbi Hava Qüvvələri ölkənin cənub-qərbində İran ordusunun hərbi qərargahları, raket anbarları, raket buraxılış qurğuları və radar sistemlərini məhv edib.

“TV1” xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

“İranın cənub-qərbindəki hədəflərə yeni hücum dalğası olub. Hücum zamanı İsrail Hərbi Hava Qüvvələri ölkənin cənub-qərbində İran ordusunun hərbi qərargahları, raket anbarları, raket buraxılış qurğuları, kəşfiyyat obyektləri və radar sistemlərini məhv edib” – deyə məlumatda bildirilir.

media-ads_728_90
Paylaş