İranın "Natanz nüvə obyekti" vuruldu - Radiasiya sızması riski...
İran Natanzdakı nüvə obyektinə zərbələr endirildiyini açıqlayıb.
“TV1” xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi radiasiya sızması riski barədə xəbərdarlıq edib.
Zərərin təfərrüatı və miqyası açıqlanmayıb.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.








