Xameneinin oğlu İranın Ali Lideri seçilib - YENİLƏNİB

media-ads_728_90

İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei onun varisi seçilib.

“TV1” xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, bu barədə Ayətullah Hüseynəli Eşkevari məlumat verib.

xxx

İranın yeni Ali liderinin soyadı bir neçə gün əvvəl həlak olmuş ölkənin dini lideri Əli Xameneinin soyadı ilə eyni qalacaq.

“TV1” xəbər verir ki, bu barədə ölkənin yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib.

O deyib ki ki, Xamenei soyadı da yeni ali liderdə qalacaq.

Qeyd edək ki, bu yaxınlara qədər həmin vəzifəyə ən çox ehtimal olunan namizədin mərhum Ali lider Əli Xameneinin oğlu Müctəba olduğu hesab olunurdu. Şənbə günü Müctəba Xameneinin İranda baş verən bombardmanlardan birində yaralandığı bildirilirdi.

media-ads_728_90
Paylaş