İranla atəşkəs əldə olunduğu TƏSDİQLƏNDİ
İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib.
“TV1” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.
Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.
“İsrail atəşkəsin istənilən pozulması halına güclə cavab verəcək”, – deyə bəyanatda qeyd edilib.