İraqda neft emalı zavodu yaxınlığında TOQQUŞMA - Ölən və yaralananlar var

media-ads_728_90

İraqın Ərbil şəhərinin şimalında yerləşən “Lanaz” neft emalı zavodu yaxınlığında etiraz aksiyası keçirilib.

“TV1” xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, aksiya iştirakçıları zavodda iş yerlərinin yaradılmasını tələb ediblər.

Obyekti mühafizə edən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri etirazçılara atəş açıblar.

Nəticədə bir etirazçı və neft məhsulları daşıyan yük maşınının sürücüsü həyatını itirib, daha üç nəfər yaralanıb.

media-ads_728_90
Paylaş