İrəvan Bakı ilə birbaşa danışıqlara üstünlük verir – Paşinyan
İrəvan indiki mərhələdə Bakı ilə birbaşa danışıqlara üstünlük verir.
“TV1” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
“İndiki mərhələdə biz ikitərəfli formatda işləyirik. Düşünürəm ki, bu formatda davam etmək düzgündür, mən bunu son söhbətimizdə Rusiya prezidentinə açıq şəkildə dedim” – deyə Paşinyan bildirib.