İşğaldan azad edilmiş ərazilərdə 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub

media-ads_728_90

İşğaldan azad edilmiş ərazilərdə TƏBİB-in tabeliyində ümumilikdə 5 xəstəxana, 7 ailə sağlamlıq mərkəzi, 2 həkim məntəqəsi, 1 poliklinika fəaliyyət göstərir. Qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətinin məlumatında bildirilib.

Laçın Rayon Mərkəzi Xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi, Laçın Ailə Sağlamlıq Mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi xidmət göstərir. Şuşa Modul Tipli Xəstəxanada 5 həkim və 9 orta tibb işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibb işçisi vətəndaşlara xidmət edir.

media-ads_728_90
Paylaş