İşğaldan azad edilmiş ərazilərdə daha 51 mina, 504 PHS tapılıb

media-ads_728_90

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.04.2025 -04.05.2025) açıqlanıb.

“TV1” xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Qeyd olunub ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 32 piyada əleyhinə mina, 19 tank əleyhinə mina, 504 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 416,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

media-mina

media-ads_728_90
Paylaş