İşğaldan azad edilmiş ərazilərdə tapılan minaların SAYI
“10 noyabr 2020-ci il tarixindən 31 iyul 2024-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX, 4 milli kommersiya şirkəti və milli QHT “Beynəlxalq Avrasiya Mətbuat Fondu” (BAMF) tərəfindən 152 619 hektar ərazi minalardan və PHS-dən təmizlənib”.
“TV1” xəbər verir ki, bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, əməliyyatlar ANAMA-nın Horadiz əməliyyat mərkəzi, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd rayonlarında və Hadrut qəsəbəsində fəaliyyət göstərən mobil bazalarla yanaşı, Şuşa və Xankəndi düşərgələrindən idarə olunur.
Minatəmizləmə əməliyyatları üzrə göstəricilər (10.11.2020 – 31.07.2024)
Piyadalar əleyhinə mina 32 940
Tank əleyhinə mina 19 956
PHS 73 767
Cəmi 126 663