İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək
“İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır”.
“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev bildirib.
O bildirib ki, bu məqsədlə Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanıb.