İspaniya və Portuqaliyada XAOS - Həyat iflic oldu
İspaniya və Portuqaliyada əsl xaos yaşanıb.
“TV1” La Sxeta kanalına istinadən xəbər verir ki, elektrik enerjisinin qəfil kəsilməsi səbəbindən ölkələrdə həyat tam iflic olub.
Belə ki, milyionlarla insan işıqsız qalıb. 8 saat işıqsız qalan İspaniya və Portuqaliyada mağazalar sürətlə boşalıb, su ehtiyatları tükənib, mobil internet kəsilib, generatorlar sönüb, kanalizasiya sistemi dayanıb və sair.
Verilən məlumatlara görə, xeyli sayda insan liftlərdə və qatarlarda qalıb. Milyionlarla insan işıqsız, susuz və rabitəsiz qalıb. Sanki real vaxtda əsl apokalipsis yaşanıb.
Yaranmış vəziyyətlə əlaqədar rəsmi qurumlardan açıqlanan son məlumatlara görə, bir sıra bölgələrdə artıq elektrik enerjisinin verilməsi bərpa olunub.