İsrail ABŞ-dən alınan silahlarla İrana hücum edib - İsmayıl Bəqai
“İsrail İrana ehtimala görə ABŞ-dən alınan silahlarla hücum edib”.
“TV1” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bazar ertəsi keçirdiyi brifinqdə bildirib.
O həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası təşkilatın Nizamnaməsinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirməli və İsrailin hərəkətlərini pisləməlidir, İrana qarşı təcavüzü dayandırmaq üçün tədbirlər görülməlidir.
İ.Bəqai qeyd edib ki, İranı təmkinli olmağa çağıran bəyanatlar riyakarlıq və məsuliyyətsizlikdən başqa bir şey deyil.
O deyib ki, İsrailin İrana qarşı hücumları beynəlxalq hüququn bütün normalarının pozulmasıdır: “İran İsrail hücumlarına qarşı müqavimət göstərməyə davam edəcək”.