İsrail cəzalanacaq - Xamenei

media-ads_728_90

İsrailin İranda hərbi hədəflərə zərbələrinin davam etdiyi bir vaxtda İranın ali dini rəhbəri Əli Xamenei bunkerdən mesaj göndərib.

“TV1” xəbər verir ki, bu barədə onun adına olan “X” hesabında paylaşım edilib.

“İsrail cəzalanacaq, cəzalanır və bu, davam edəcək”, – deyə Xamenei yazıb.

Qeyd edək ki, İsrailin İrana hava hücumlarının başlamasından sonra Əli Xamenei və ailəsi gizli bunkerlərdən birinə köçürülüb. Onun İsrailin hədəfinə çevrilməmək üçün bütün elektron avadanlıqlardan və telefondan imtina etdiyi bildirilir.

media-ads_728_90
Paylaş