İsrail HHQ Tehrandakı hərbi obyektləri vurur

media-ads_728_90

İsrailin Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranda yerləşən hərbi obyektlərə zərbələr endirir.

“TV1” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda bildirilir.

“İsrail HHQ Tehrandakı hərbi obyektlərə zərbələr silsiləsini başladıb”, – deyə məlumatda deyilir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. Həmin günün axşamı İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

media-ads_728_90
Paylaş