İsrail ilk mərhələdə 737 fələstinli məhbusu azad edəcək
İsrail Qəzzada atəşkəs razılaşmasının ilk mərhələsində 737 məhbusun azad ediləcəyini bildirib.
“TV1” xəbər verir ki bu barədə İsrailin Ədliyyə Nazirliyi bəyanat yayıb.
Bəyanatda şənbə günü təsdiqlənmiş Qəzzada atəşkəs və girovların azad edilməsi sazişinin birinci mərhələsi çərçivəsində 737 məhbusun azad ediləcəyi bildirilib.
Qeyd edilib ki, hazırda həbsxana xidmətinin nəzarətində olan 737 məhbusun azad edilməsini hökumət təsdiqləyir.