İsrail İran şəhərlərinə zərbələr endirdi
İsrail İranın şimalında yerləşən Babol və Babolser şəhərlərinin ətrafına zərbə endirib, partlayış səsləri eşidilib.
“TV1” xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün atəşkəs razılaşmasından az sonra İrandan İsrailə raket hücumu baş vermişdi. İsrail müdafiə naziri İsrael Kats da İranın atəşkəsi pozmasına sərt şəkildə cavab veriləcəyini açıqlamışdı.