İsrail İranda nüvə reaktorunun ərazisini vurdu - ANBAAN GÖRÜNTÜLƏR
İsrail İranda nüvə reaktorunun yaxınlığını bombalayıb.
“TV1” “Haber Global”a istinadən xəbər verir ki, İranın nüvə proqramının bir hissəsi olan Xəndabda yerləşən tədqiqat reaktorunun yaxınlığındakı ağır su ərazisi İsrail tərəfindən hücuma məruz qalıb.
Nüvə obyektinə hava hücumundan sonra ərazidə qatı tüstü yaranıb.
Bildirilir ki, obyekt hücumdan əvvəl boşaldılıb və radioaktiv sızma qorxusu yoxdur.