İsrail ordusu quru əməliyyatına BAŞLAYIB
İsrail ordusu Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində quru əməliyyatına başlayıb.
“TV1” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“İsrail ordusu Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində əməliyyata başlayıb. Əməliyyat HƏMAS terrorçularının hədəflərinə hücum etmək məqsədi daşıyır”, – deyə məlumatda qeyd olunub.
Əməliyyat zamanı döyüş təyyarələri HAMAS-ın bölgədəki bir neçə hədəfini vurub.
Qeyd edək ki, bir müddət öncə İsrail ordusu Qəzzanın Rəfah şəhərində quru əməliyyatına başlayacağını açıqlamışdı.