İsrail Müdafiə Qüvvələri: Bu əraziləri tərk edin
İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Qəzza zolağındakı Qəzza və Cəbaliyə şəhərlərinin əhalisinə müraciət edərək, döyüş əməliyyatları ilə əlaqədar bu əraziləri tərk etməyə çağırıb.
“TV1” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“IDF bu ərazilərdə böyük qüvvə ilə fəaliyyət göstərir. Hərbi əməliyyatlar davam edəcək, güclənəcək. Təhlükəsizliyiniz üçün dərhal qərbə, sonra isə ər-Rəşid yolu ilə cənuba gedin”, – deyə IDF-in məlumatında bildirilib.