İsrail Tehrandakı hərbi obyekti vurdu - VİDEO
İsrail ordusu Tehran yaxınlığında İranın nüvə proqramının “əsas elementlərini” vurduğunu bildirib.
“TV1” xəbər verir ki, bu barədə FOX News məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi uranın zənginləşdirilməsi üçün istifadə edilən zavod da daxil olmaqla bir neçə hədəfə zərbələr endirib.
Hansı ki, bu hərbi obyektdə “Yer-yer” raketləri üçün hissələr istehsal edən qurğular və təyyarələri məhv etmək üçün istifadə olunan “Yer-hava” raketlərinin komponentləri üçün qurğular istehsal edilir.
İsrail Ordusunun yaydığı məlumata görə, bu zərbələr birbaşa İranın İsraili və regionu təhdid etmək qabiliyyətini azaldır. Həmçinin bildirilib ki, bu, iki ölkə arasında davam edən münaqişədə ən əhəmiyyətli hücumlardan biri idi.
İsrail Müdafiə Qüvvələri əməliyyatın İranın nüvə silahı səylərini və raket sənayesini hədəf aldığını bildirib