media-1200x100

İsrail XİN Azərbaycan və daha 3 ölkədəki vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

media-ads_728_90

İsrailin Xarici İşlər Nazirliyi İranla həmsərhəd olan Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistanda olan vətəndaşlarına xəbərdarlıq edib.

“TV1” xəbər verir ki, XİN-in saytında yerləşdirilən çağırışda onlara İran tərəfindən gələ biləcək təhlükələrə qarşı diqqətli və ehtiyatlı davranmalı olduqları bildirilib.

Qeyd olunub ki, təhlükə vətəndaşlarla yanaşı, İsrailin dövlət rəmzlərinə qarşı da yönələ bilər. /apa/

media-ads_728_90
Paylaş