İsraildə fövqəladə vəziyyət martın 12-dək uzadılıb

media-ads_728_90

İsraildə fövqəladə vəziyyət rejimi martın 12-dək uzadılıb.

“TV1” xəbər verir ki, bu barədə “Kanal 12” telekanalı məlumat yayıb.

Bildirilib ki, fevralın 28-də İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatın ilk saatlarında ölkədə fövqəladə vəziyyət elan olunub. Telekanalın qeyd etdiyi kimi, hərbi kampaniya martın 12-dək başa çatarsa, fövqəladə vəziyyət rejimi daha tez ləğv edilə bilər. Lakin əməliyyatlar həmin tarixədək yekunlaşmazsa, müddətin yenidən uzadılması mümkündür.

media-ads_728_90
Paylaş