İsraildə güclü meşə yanğınları başlayıb

media-ads_728_90

İsraildə meşə yanğınları səbəbindən Qüds və Təl-Əviv arasında yollar bağlanıb.

“TV1” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, İsrail yanğınla mübarizə üçün qonşu ölkələrdən, o cümlədən Kipr, Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürmə təyyarələri istəyib. Yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.

Qeyd edək ki, İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb. Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub.

media-ads_728_90
Paylaş