İsraildə İranın raket zərbələri nəticəsində ölənlərin sayı 16-ya çatıb

media-ads_728_90

İsraildə dağıntılar altında daha iki nəfərin meyiti çıxarılıb.

“TV1” xəbər verir ki, bu barədə “Jerusalem Post” Fəlakət Qurbanlarının Tanınması (ZAKA) təşkilatına istinadən məlumat yayıb.

“İranın raket hücumundan sonra bazar ertəsi səhər Bat-Yam şəhərində qalıqlar altından daha iki meyit tapılıb”.

Qeyd olunub ki, təkcə bu şəhərdə raket hücumları nəticəsində ölənlərin sayı doqquz nəfərdir.

Beləliklə, cümə günündən bəri İsraildə İranın raket hücumları nəticəsində ölənlərin sayı 16-ya çatıb. Bundan başqa, 390 nəfərin isə yaralandığı bildirilir.

media-ads_728_90
Paylaş