İsrailin hava hücumları nəticəsində HƏMAS-ın 5 lideri öldürülüb

media-ads_728_90

İsrailin bu gün səhər saatlarında Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HƏMAS hərəkatının beş lideri, o cümlədən Siyasi Büronun iki üzvü öldürülüb.

“TV1” xəbər verir ki, bu barədə “RİA Novosti”yə hərəkatdakı mənbə məlumat verib.

“İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın 5 lideri, o cümlədən hərəkatın Siyasi Bürosunun iki üzvü – İssam əd-Daalis və Əbu Ubeydə əl-Cəmasi və Qəzzadakı daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa öldürülüb”, – deyə mənbə bildirib.

 

media-ads_728_90
Paylaş