İsrailin “HAMAS”la yeni barışıq PLANI
İsrail vasitəçi qismində çıxış edən Misir dövlətinin köməyi ilə Fələstinin HAMAS hərəkatına Qəzza zolağından girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib.
“TV1” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
İsrailin planı Fələstin hərəkatının ilk mərhələdə 11 girovu azad edəcəyini və 16 ölünün cəsədini təhvil verəcəyini, ardınca isə 40 gün müddətinə barışıq əldə edəcəyini nəzərdə tutur.
HAMAS daha sonra bütün qalan girovları azad etməli olacaq. Mənbələr bildiriblər ki, ABŞ İsrailin bu təklifini dəstəkləyir.