Regionun təhlükəsizliyi risk altındadır - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığı zamanı İsrail-İran müharibəsini müzakirə ediblər.
“TV1” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti İsrailin İrana hücumları ilə başlayan gərginliyin bütün regionun təhlükəsizliyini risk altına qoyduğunu və bölgənin başqa bir müharibəyə dözə bilməyəcəyini qeyd edib.
R.T.Ərdoğan, həmçinin diplomatik əlaqələr vasitəsilə münaqişələri sonlandırmaq üçün çalışdıqlarını da deyib: “İranla nüvə mübahisəsinin həlli danışıqlar masasına qayıtmağı tələb edir”.
President @RTErdogan spoke by phone with President of the United Arab Emirates Sheikh Mohammed bin Zayed Al Nahyan.
The call addressed the Israel-Iran conflict as well as regional and global matters.
Stating that the spiral of violence triggered by Israel’s attacks on Iran puts…
— Presidency of the Republic of Türkiye (@trpresidency) June 17, 2025