İsrailin İrana HÜCUMU - Hərbi komandanlar və alimlər öldürüldü
İyunun 13-nə keçən gecə İsrail tərəfindən həyata keçirilmiş raket və dron hücumu nəticəsində İranın silahlı qüvvələrinin hərbi komandanları və nüvə enerjisi sahəsində çalışan alimləri öldürülüb.
“TV1” xəbər verir ki, Natanz şəhərindəki nüvə obyektlərinin ballistik raketlə vurulduğu da bildirilir.
MAQATE-nin rəhbəri Rafael Qrossi İsrailin endirdiyi zərbələrdən sonra mövcud radiasiyanın səviyyəsi ilə bağlı rəsmi Tehranla əlaqə saxladığını deyib.
Baş Qərargah rəisi, azərbaycan əsilli Məhəmməd Hüseyn Baqeri də daxil, iri hərbi-siyasi fiqurlar öz evlərində, yatdıqları yerdə raketlərlə, nöqtə atışları ilə vurulması İran tərəfinə ciddi xəbərdarlıqdır.
Yüksək rütbəli məmurların Tehranda yaşadığı mənzili, gizli evləri bilməsi və məlumatlardan lazımıi məqamda istədiyi kimi istifadə etməsi İsrail tərəfinin uzunmüddətli hazırlığından xəbər verir.
Bu addım bir daha göstərir ki, İrana nüvə silahı yaratmaq imkanı verilməyəcək.
Hadisələr fonunda ABŞ tərəfi bu əməliyyat haqda öncədən məlumatlı olduqlarını, amma vurulan zərbələrdə iştirak etmədiyini bildirib.
İsrailin hücumu nəticəsində nöqtə atışı ilə öldürülən yüksək rütbəli İran rəsmiləri bunlardlr:
● Baş Qərargah rəisi Məhəmməd Baqiri
● SEPAH komandiri Hüseyn Salami
● SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə
● İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi Davani
● İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid
● Nüvə fizikası – İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci
● İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani.
İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei İsrailə layiqli cavab veriləcəyini bildirib.