İsrailin Qəzzada məktəbə hücumu - Ölən və yaralananlar var

media-ads_728_90

İsrail ordusunun Qəzzada didərgin düşmüş mülki əhalinin sığındığı məktəbə hücumu nəticəsində 5 fələstinli həyatını itirib. Onlardan biri uşaqdır. 10 nəfərin yaralandığı bildirilir.

“TV1” xəbər verir ki, hadisə zamanı zərər çəkənlər arasında uşaqlar da var və hücum nəticəsində yaralananların vəziyyətinin ağır olduğu bildirilir.

Qəzzanın Səhiyyə Nazirliyi və beynəlxalq humanitar təşkilatlar hücumu qınayaraq, mülki əhalinin müdafiəsinin təmin olunmasının vacibliyini vurğulayıblar.

İsrail tərəfi isə əməliyyatın terrorçu hədəflərə qarşı keçirildiyini və mülki zərərlərin minimuma endirilməsi üçün bütün tədbirlərin görüldüyünü bəyan edib.

media-ads_728_90
Paylaş