İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 404 nəfərə çatıb - YENİLƏNİB

media-ads_728_90

İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etdiyi andan etibarən bölgədə həlak olanların sayı 404 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə anklavın səhiyyə nazirliyinin rəsmi “Telegram” kanalı məlumat yayıb.

Ölənlərdən savayı, 562 nəfərin yaralandığı xəbər verilir.

Bu arada, İsrail hökuməti sülh danışıqlarına vasitəçilik edən tərəfləri Qəzza zolağında atəşkəs rejimindən imtina etdiyini rəsmi şəkildə məlumatlandırıb.

Hazırda İsrail orudusunun əməliyyatlarının sudan, havadan və qurudan davam etdiyi bildirilir.

12:11 —————————————————————————————————————————————–

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 356 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail Ordusu İsraillə sərhəddə yerləşən rayonların sakinlərini anklavın dərinliklərinə təxliyə olmağa çağırıb.

Qeyd edək ki, martın 18-i gecə İsrail Silahlı Qüvvələri Qəzza zolağına kütləvi zərbələr endirdiyini bildirib. “Axios” nəşrinin Baş nazir Benyamin Netanyahunun ofisindən aldığı məlumata görə, İsrail HƏMAS-a qarşı hərbi əməliyyatları yenidən başlatmaq qərarına gəlib. Hücum qərarı Fələstin hərəkatının atəşkəsi pozmaq planları ilə əsaslandırılıb.

media-ads_728_90
Paylaş