İstanbul yaxınlığında 16 nəfərin olduğu yaxta yanır - VİDEO
Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Kınalıada ərazisində içərisində 16 nəfərin olduğu yaxta yanır.
“TV1” “Haber Global”a istinadən xəbər verir ki, əraziyə Sahil Mühafizə Komandanlığının heyəti cəlb olunub.
Bəzi sərnişinlər yaxtadan suya atılaraq xilas ola biliblər.