İstanbulda İran - “Avropa üçlüyü” danışıqları başa çatıb - YENİLƏNİB

media-ads_728_90

İstanbulda İran və “Avropa üçlüyü”nün nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

“TV1” xəbər verir ki, bu barədə İran XİN rəhbərinin müavini Kazım Qəribabadi “X” hesabında məlumat verib.

Tərəflər dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

12:05 ————————————————————————————————————–

“Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi İstanbulda başlayıb.

“TV1” “Haber Global”a istinadən xəbər verir ki, Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüş hazırda İranın İstanbuldakı Baş Konsulluğunda keçirilir.

Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, eləcə də İran xarici işlər nazirliklərinin yüksək səviyyəli rəsmiləri iştirak edir. Kritik görüşün nüvə sazişi və sanksiyalar da daxil olmaqla geniş mövzuları əhatə edəcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl İranla nüvə sazişinin Avropa tərəfləri olan Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü İstanbulda mayın 16-da olub.

media-ads_728_90
Paylaş