İstanbulda GÜCLÜ ZƏLZƏLƏ - Afterşoklar davam edir - VİDEO
İstanbuldakı zəlzələ yerin 6.9 kilometr dərinliyində qeydə alınıb, afterşoklar davam edir.
“TV1” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Mərmərə dənizinin Silivri rayonu sahillərində 10 saniyə davam edən yeraltı təkan böyük təşvişə səbəb olub və ətraf vilayətlərdə də hiss edilib.
Məlumata əsasən, İstanbulun Silivri rayonu çevrəsində qeydə alınan ilk yeraltı təkan 4.4 bal gücündə olub. Daha sonra 4,9 bal gücündəl zəlzələ qeydə alınıb. Çox keçmədən 6,2 bal gücündə zəlzələ baş verib.
Türkiyə Daxili İşlər Nazirliyi yanında Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) zəlzələ ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Qeyd edək ki, İstanbulda ardıcıl iki zəlzələ olub. Birinci zəlzələ 3,9, ikincisi isə 6,2 maqnitudada olub. Yeraltı təkanlardan ikincisi daha güclü hiss edilib.