İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB

media-ads_728_90

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

“TV1” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunur ki, danışıqlar bir saatdan çox davam edib.

16:40  ———————————————————————————————————————————-

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar raundu başlayıb.

“TV1” xəbər verir ki, danışıqların ikinci mərhələsində Rusiyadan 12, Ukraynadan isə 14 nəfər iştirak edir.

Danışıqlar İstanbuldakı Çırağan sarayında aparılır. Tərəflərin, digər məsələlərlə yanaşı, münaqişənin həlli ilə bağlı öz baxışlarını təqdim edən memorandumların mübadiləsi də planlaşdırılır.

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, danışıqlara ölkənin xarici işlər naziri Hakan Fidan, kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi Metin Gürak daxildir.

Qeyd edək ki, üç ildən sonra Rusiya və Ukrayna arasında ilk birbaşa danışıqlar mayın 16-da İstanbulda keçirilib.

media-ads_728_90
Paylaş