İstanbulda Rusiya və Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb
İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb.
“TV1” bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Moskva və Kiyev nümayəndələrinin İstanbuldakı görüşü 40 dəqiqəyə yaxın davam edib.
Bildirilir ki, üçüncü turun davamı olmayacaq. Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu ilə bağlı qərar isə yeni razılaşmalar həyata keçirildikdən sonra veriləcək.