İstanbulda zəlzələ olub

media-ads_728_90

Mərmərə dənizində 3,8 bal gücündə zəlzələ baş verib.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ İstanbulun Silivri rayonundan 24,69 kilometr məsafədə, yerin 8,85 kilometr dərinliyində meydana gəlib.

Yeraltı təkan İstanbulda hiss edilib.

Tələfat və dağıntı qeydə alınmayıb.

media-ads_728_90
Paylaş