İtaliyada isti hava meşə yanğınlarına səbəb olub

media-ads_728_90

İtaliyada müşahidə edilən anomal istilər meşə yanğınlarına səbəb olub.

“TV1” xəbər verir ki, ölkənin Kalabriya regionunun cənubunda son bir neçə gündə 100-dən çox yanğın baş verib. Ərazidəki bəzi zeytun bağları tamamilə yanıb. Sardiniya adasında 21 meşə yanğını olub. Toskana regionunda isə 7 yerdə yanğınlar qeydə alınıb.

Ölkənin mülki müdafiə qurumu bütün regional idarələrə meşə yanğınlarına hazır olmaqla bağlı xəbərdarlıq edib. Bəzi ərazilərdə ocaq və manqal yandırmaq qadağan olunub.

 

media-ads_728_90
Paylaş