Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı olacaq

media-ads_728_90

“Türkiyənin Kahramanmaraş şəhərində iyunun 19-da “Azərbaycan” məhəlləsinin açılışı olacaq”.

Bu barədə “TV1”-ə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

O bildirib ki, “Azərbaycan” məhəlləsi qardaş ölkələr arasında dostluğu gücləndirən simvola çevrilib.

Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət rəsmilərinin iştirakı gözlənilir.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ baş verib. Təbii fəlakətin baş verməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər olunmuşdu.

media-ads_728_90
Paylaş