Kahramanmaraşda inşa edilən "Azərbaycan Məhəlləsi"nin YENİ GÖRÜNTÜLƏRİ
Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan Məhəlləsi”nin bu gün açılış mərasiminin olacağı bildirilir.
“TV1” xəbər verir ki, mərasimdə Türkiyə və Azərbaycan liderlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşımında bildirib ki, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub.
Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 min 901 bina dağılıb.
“TV1” “Haber Global”a istinadən məhəllənin yeni görüntülərini təqdim edir.