Kamçatkada növbəti dəfə güclü zəlzələ olub
Kamçatka sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının məlumatında bildirilib.
Yeraltı təkanlar Moskva vaxtı ilə saat 06:55-də qeydə alınıb. Zəlzələnin episentri 42,5 km dərinlikdə, Petropavlovsk-Kamçatski şəhərindən təxminən 397 km məsafədə yerləşib.
İlkin məlumatlara görə, dağıntı və yaralanan yoxdur.








