Kəlbəcər və Ağdərəyə avtobus reysləri açılacaq
Gəncə Beynalxalq Avtovağzalından Kəlbəcər və Ağdərə şəhərlərinə avtobus reyslərinin təşkili nəzərdə tutulur.
“TV1” xəbər verir ki, bu barədə teleqraf-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsindən məlumat verilib.
“Hazırda bu istiqamətdə iş aparılır. Sakinlərimizin bu şəhərlərə köçməsindən sonra bu reyslər istifadəyə veriləcək. Reyslərin açılması üçün müsabiqə elan olunacaq və müsabiqədə qalib gələn şirkət bu reysləri təmin edəcək” – deyə məlumatda bildirilib.