Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

media-ads_728_90

Milli Hidrometeorologiya Xidməti mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

“TV1” xəbər verir ki, Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Qusar, Neftçala, Salyan, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Astara, Masallı, Lənkəranda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

media-ads_728_90
Paylaş