Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, iyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti gözlənilir.
Küləyin sürəti Naxçıvan MR, Kəlbəcər, Zəngilan, Beyləqan, Füzuli, İmişli, Ağstafa, Qazax, Gəncə, Tovuz, Göygöl, Şəmkir, Samux, Daşkəsən, Gədəbəy, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Yevlax, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Zərdab, Sabirabad, Hacıqabul, Salyan, Saatlı, Neftçala, Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Qobustan, Xızı, Quba, Xaçmaz, Şabran, Siyəzən, Qusarda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.