Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

media-ads_728_90

Milli Hidrometeorologiya Xidməti martın 4-ü gündüzdən 5-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

“TV1” xəbər verir ki, Xidmətdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

media-ads_728_90
Paylaş