Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

media-ads_728_90

Milli Hidrometeorologiya Xidməti mayın 30-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

“TV1” xəbər verir ki, bu barədə Xidmətin məlumatında bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Göyçay, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

media-ads_728_90
Paylaş