Kürdə suyun səviyyəsi yüksəlib

media-ads_728_90

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 3 sm, Qudiyalçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 3 sm, Kür-Bankədə 2 sm, Araz çayının yuxarı axınında isə 37 sm artım qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 505 m3/san olmaqla normanın 73%-ni təşkil edir.

media-ads_728_90
Paylaş