Lənkəranda FACİƏ - Məktəbli bacı-qardaş qəzada həyatını itirdi

media-ads_728_90

Bu gün səhər saatlarında Lənkəran-Lerik yolunun Şovu kəndindən keçən hissəsində ağır qəza olub. Hərəkətdə olan avtomobil dərsə gedən məktəbli bacı-qardaşı vurub.

“TV1” xəbər verir ki, məktəbli bacı-qardaş qəza nəticəsində həyatlarıını itiriblər.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov fikirlərini paylaşıb.

O, baş vermiş hadisədə günahın uşaqlarda yox, böyüklərdə olduğunu deyib: “Təəssüf ki, belə acı xəbərlər gəlməkdədir. Nə qədər ki, real bir iş görülməyəcək, belə xəbərlər də gəlməkdə davam edəcək… 8 və 9 yaşlı bacı-qardaş “Mercedes” markalı avtomobillə vurulub və hər ikisi dünyasını dəyişib. Çox ağır faciədir. Onların valideynlərinə və yaxınlarına təsəlli verəcək söz tapmaq çox çətindir. Hadisəyə hüquqi qiymət vermək fikrində deyiləm, bunun üçün təfərrüatları da bilmirəm. Lakin bircə şeyi dəqiq bilirəm. Bu faciədə həmin uşaqların heç bir günahı yoxdur. Günah yalnız böyüklərdədir: təhlükəsiz yol tikə bilməyən, yol hərəkətini təhlükəsiz təşkil edə bilməyən, təhlükəsiz avtomobil idarə edə bilməyən, təhlükəsiz sürücü hazırlaya bilməyən, uşaqlara yollarda təhlükəsiz davranışı öyrədə bilməyən böyüklərdə…”

media-ads_728_90
Paylaş