media-1200x100

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri açıqlanıb

media-ads_728_90

2024–2025-ci tədris ili üçün mərkəzləşdirilmiş qaydada qəbul keçirilən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri elan olunub. Qəbul nəticələri ilə sy.edu.az platformasının “İmtahanlar” bölməsi vasitəsilə tanış olmaq mümkündür.

“TV1” xəbər verir ki, bu barədə Təhsil İnstitunun məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, lisey və gimnaziyalara qəbul olan şagirdlər üçün avtomatik sorğular yaradılıb. “Sorğularım” bölməsi vasitəsilə onların ardıcıllığını izləmək mümkündür.

Şagirdlərin avqustun 27-dək (saat 16:00-a qədər) qəbul olduqları müəssisəyə şəxsi işləri təqdim edilməlidir. Həmin tarixədək sənədləri təqdim edilməyən şagirdlərin sorğuları silinəcək və qəbul etibarsız hesab olunacaq.

Link vasitəsilə keçid balları ilə tanış olmaq mümkündür.

media-ads_728_90
Paylaş