Macarıstan ərazisində Ukraynaya məxsus inkassator avtomobilləri tapılıb
Macarıstan öz ərazisində saxlanılan Ukraynaya məxsus inkassator avtomobillərinin içində olan vəsaitləri nümayiş etdirib.
“TV1” yerli KİV-ə istinadən xəbər verir ki, yayımlanan kadrlarda iri həcmli nağd pul bağlamaları ilə yanaşı qızıl külçələri də görünür. Ukraynalı inkassatorların avtomobilində qiymətli metalların necə və hansı məqsədlə daşındığı isə hələlik məlum deyil.
Qeyd edilib ki, Ukraynanın Telegram kanallarında artıq narazılıq dalğası başlayıb və istifadəçilər “Bəs pullar geri qaytarılacaqmı?” sualını səsləndirirlər.
Lakin, görünür, Budapeşt əvvəlcə daşınan qiymətli əşyaların mənşəyini hərtərəfli araşdırmaq niyyətindədir. İstisna deyil ki, bu məsələ Kiyev üçün yeni və kifayət qədər xoşagəlməz reallıqla nəticələnə bilər.








