Madrid yarımmarafonunda iki idmançının ürəyi dayanıb

media-ads_728_90

Dünən keçirilən Madrid yarımmarafonunun iki iştirakçısının finiş xəttinə yaxın ürəyi dayanıb. Onlardan biri ölüb, ikincisi xəstəxanadadır.

“TV1” xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Bildirilir ki, ölən qaçışçının 38 yaşı var idi, o, yarışda iştirak edən tibb bacısının gözləri önündə huşunu itirib.

Tibb bacısı dərhal ona yardım göstərməyə başlayıb, amma atlet daha sonra xəstəxanada dünyasını dəyişib.

Digər iştirakçı, 21 yaşlı qaçışçıya isə tamaşaçılar arasında olan həkim və təhlükəsizlik işçiləri kömək ediblər. Onun nəbzini bərpa edə biliblər və atlet xəstəxanaya yerləşdirilib.

Yarımmarafon yarışlarında ümumilikdə 27 minə yaxın insan iştirak edib, onlardan 50 nəfərinin yüngül xəsarət və isti vurması səbəbindən tibbi yardıma ehtiyacı olub.

media-ads_728_90
Paylaş